Prezidentin köməkçisi: Azərbaycanın qonşu ölkələrlə münasibətləri mehriban qonşuluq ruhunda inkişaf edir

A- A A+

Azərbaycanın qonşu ölkələrlə münasibətləri sabitdir və mehriban qonşuluq ruhunda inkişaf etməkdə davam edir.

NUHÇIXAN xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda bəyan edib.

Onun sözlərinə görə, rəsmi Bakı Ermənistan cəmiyyətindəki müəyyən tendensiyalardan, xüsusən də böyük nüfuza malik qüvvələrin mövcudluğundan narahatdır.

"Narahatlıq doğuran daha bir amil erməni gənclər arasında revanşist əhval-ruhiyyənin davam etməsidir. Bu, vacib məqamdır. Buna görə də biz Ermənistan hökumətini öz cəmiyyətini sülhə hazırlamaq üçün fəal şəkildə işləməyə çağırırıq", - o bildirib.

H.Hacıyev vurğulayıb ki, Azərbaycan tərəfi sülh gündəliyini davam etdirmək, onu praktikada möhkəmləndirmək, Ermənistan və Azərbaycan xalqları üçün uzunmüddətli sülh və sabitliyi təmin edə biləcək sülh arxitekturası qurmaq üçün strateji qətiyyətə malikdir.

"Buna görə də biz həmişə deyirik ki, bu sülhü təkcə Ermənistan hökuməti və ölkənin baş naziri ilə deyil, erməni xalqı ilə bağlamaq istəyirik. Bu səbəbdən, biz hələ də Ermənistan Konstitusiyasının dəyişdirilməsini gözləyirik. Şübhəsiz ki, bu, daxili məsələdir və biz bu prosesə müdaxilə etməkdən tamamilə çəkinirik", - o əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: