Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

A- A A+

Türk Dövlətləri Təşkilatının əsasını qoyan Naxçıvan Sazişinin 17-ci ildönümündə Türk Dövlətlərinin Əməkdaşlıq Gününü qürur və coşqu ilə qeyd edirik.

NUHÇIXAN xəbər verir ki, bu ifadə Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) 3 Oktyabr - Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı açıqlamasında yer alıb.

“Ortaq tariximizdən, dilimizdən və qədim qardaşlıq bağlarımızdan aldığımız güclə türk dövlətlərinin malik olduğu insan, iqtisadi və strateji potensialı ortaq rifahımıza çevirməyə, əməkdaşlığımızı və inteqrasiyamızı daha yüksək səviyyələrə daşımaqda qətiyyətliyik.

Türk Əsrini birlik və həmrəylik içində qururuq”, - deyə açıqlamada bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: