Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik
Azərbaycanı inkişaf etməkdə olan kiçik ada dövlətlərindən minlərlə kilometr məsafə ayırsa da, bizi iqlim dəyişmələrinə dayanıqlılığı artırmaq üçün ortaq qətiyyət birləşdirir.
NUHÇIXAN xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Ficidə keçirilən 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciətində yer alıb.
“Biz həmişə inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olmuşuq və dayanıqlı inkişafa nail olmaq, iqlim dəyişmələri ilə mübarizə aparmaq səylərində onları dəstəkləməyə davam edəcəyik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
