Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN xəbər verir ki, Sərəncama əsasən Nazirlər Kabinetinin üzvləri aşağıdakı şəxslər təyin ediliblər:
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini – Yaqub Abdulla oğlu Eyyubov;
Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Cavad oğlu Əhmədov;
Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Şamil oğlu Həsənov;
Azərbaycan Respublikası Baş nazirinin müavini – Hacıbala İbrahim oğlu Abutalıbov;
Azərbaycan Respublikasının daxili işlər naziri – Ramil İdris oğlu Usubov;
Azərbaycan Respublikasının energetika naziri – Pərviz Oqtay oğlu Şahbazov;
Azərbaycan Respublikasının ədliyyə naziri – Fikrət Fərrux oğlu Məmmədov;
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri – Sahil Rafiq oğlu Babayev;
Azərbaycan Respublikasının fövqəladə hallar naziri – Kəmaləddin Fəttah oğlu Heydərov;
Azərbaycan Respublikasının xarici işlər naziri – Elmar Məhərrəm oğlu Məmmədyarov;
Azərbaycan Respublikasının iqtisadiyyat naziri – Şahin Abdulla oğlu Mustafayev;
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri – İnam İmdad oğlu Kərimov;
Azərbaycan Respublikasının maliyyə naziri – Samir Rauf oğlu Şərifov;
Azərbaycan Respublikasının müdafiə naziri – Zakir Əsgər oğlu Həsənov;
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri – Ramin Namiq oğlu Quluzadə;
Azərbaycan Respublikasının vergilər naziri – Mikayıl Çingiz oğlu Cabbarov;
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri – Samir Rafiq oğlu Nuriyev;
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Rövşən Şükür oğlu Rzayev;
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi – Elçin İsağa oğlu Quliyev;
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti – Mədət Qəzənfər oğlu Quliyev;
Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti – Orxan Sedyar oğlu Sultanov.