Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir

A- A A+

Bu gün Xəzər dənizinin iqtisadi və strateji əhəmiyyəti daha da artır. Xəzər dənizindən mühüm nəqliyyat və enerji marşrutları keçir, iri beynəlxalq layihələr həyata keçirilir.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında söyləyib.

“Bu şəraitdə Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq çox vacibdir. Bu, bütün Xəzəryanı dövlətlərin maraqlarına xidmət edir və əməkdaşlığımızın daha da inkişafı üçün zəruri şərait yaradır", - deyə dövlət başçısı vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: