Paşinyan: Azərbaycan və Ermənistan arasında faktiki olaraq sülh bərqərar olub

A- A A+

Azərbaycan və Ermənistan arasında sülh artıq müəyyən dərəcədə faktiki olaraq və de-yure bərqərar olub.

NUHÇIXAN xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan RFI-yə müsahibəsində bildirib.

Paşinyanın sözlərinə görə, ölkələr arasında sülh sazişi hələ imzalanmasa da, artıq paraflanıb. O xatırladıb ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda sülh haqqında birgə bəyannamə qəbul edilib.

Paşinyan həmçinin qeyd edib ki, 2024-cü ildə Ermənistan və Azərbaycan qanuni qüvvəyə malik ilk ikitərəfli sənəd imzalayıblar və bu sənəd sonradan hər iki ölkə tərəfindən ratifikasiya edilib.

"Sualınıza cavab olaraq vurğulamaq istəyirəm ki, Azərbaycan və Ermənistan arasında sülh artıq müəyyən dərəcədə faktiki olaraq və de-yure bərqərar olub", - o qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: