Talantbek Omuraliyev: "Türk dövlətlərinin vahid rəqəmsal cüzdanının yaradılması vacibdir"

A- A A+

Türk dövlətlərinin vahid rəqəmsal cüzdanının yaradılması mühüm əhəmiyyət kəsb edir.

NUHÇIXAN  xəbər verir ki, bunu Qırğızıstanın "Doscredobank" maliyyə təşkilatının baş direktoru Talantbek Omuraliyev Türk Dövlətləri Fintex Alyansının (TÜRKFİN) təşkilatçılığı ilə bu gün keçirilən "Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı" ilə bağlı tədbir çərçivəsində panel müzakirələrində bildirib.

Onun sözlərinə görə, ID-lərin qarşılıqlı tanınması yarımçıq həlldir: "Nümunə olaraq demək istəyirəm ki, 2027-ci il yanvarın 1-dən Avropa İttifaqı ərazisində Avropa rəqəmsal cüzdanı istifadəyə verilməsini göstərə bilərəm. O, bankdan, maliyyə təşkilatından, vergi müfəttişliyindən və ya dövlət orqanından asılı olmayaraq, Aİ-nin istənilən ölkəsində istənilən xidməti almağa imkan verir. Bu, məhz identifikasiya üçün rəqəmsal cüzdandır. Mənə elə gəlir ki, belə bir təşəbbüs türkdilli dövlətlər məkanında da lazımdır. Biz vahid rəqəmsal cüzdanlar istiqamətinə getməliyik – belə ki, dövlətlər öz səviyyəsində tanınma üçün normativ platforma yaratsınlar. Beləliklə, biz identifikasiya məsələlərində səmərəli qarşılıqlı əlaqə qura bilərik".

O bildirib ki, identifikasiya hazırda xidmətlərin göstərilməsi üçün ciddi maneədir, çünki bank xidmətləri digər fəaliyyət növləri ilə sıx bağlıdır: "Əslində fintex bankların, İT-şirkətlərin və platformaların qarşılıqlı əlaqəsidir. Əgər biz TDT ölkələri səviyyəsində əməkdaşlıqdan danışırıqsa, burada ölkələrarası operatorlar səviyyəsində sistemli qarşılıqlı əlaqə zəruridir. Demək olar ki, hər ölkədə banklararası prosessinq mərkəzi var və qarşılıqlı əlaqəni sistemləşdirmək üçün bu operatorlar səviyyəsində açıq protokollar, platformalar və servislər lazımdır. Bizim banklərarası operatorumuz bu yaxınlarda WeChat ilə inteqrasiya həyata keçirdi. Bundan sonra o, Qırğızıstandakı bütün banklara bu servisi öz tətbiqlərində və elektron cüzdanlarında təqdim etmək imkanı verdi. Eyni iş bankləəararası operatorlar səviyyəsində digər ölkələrlə də aparıla bilər".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: