İlham Əliyev: Murovdağ tuneli dünyada dağlıq şəraitdə həyata keçirilən işlərin mühəndislik nümunəsinə çevrilib

A- A A+

Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində şəhər və kəndlərimiz yenidən qurulur, insanların doğma yurdlarına təhlükəsiz qayıdışı təmin edilir. Azərbaycan bu işləri öz maliyyə imkanları hesabına həyata keçirir.

İşğaldan azad olunan ərazilərin bərpa və yenidənqurma işlərinə indiyədək dövlət büdcəsindən 25.5 milyard manat vəsait ayrılıb.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" – "Rebuild Garabagh" sərgisinin iştirakçılarına müraciətində deyilir.

Dövlət başçısı qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda qurulan nəqliyyat infrastrukturu yaşayış məntəqələrini bir-biri ilə və ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir:

"İndiyədək 1500 kilometrə yaxın yol tikilmiş, 11,7 kilometr uzunluğunda Murovdağ tuneli dünyada mürəkkəb dağlıq şəraitdə həyata keçirilən quruculuq işlərinin mühüm mühəndislik nümunəsinə çevrilib".

Prezident İlham Əliyev vurğulayıb ki, Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları istifadəyə verilib.

"Dəmir yollarının inşası davam etdirilir. Horadiz–Ağbənd dəmir yolu xətti Zəngəzur dəhlizinin mühüm tərkib hissəsi kimi Azərbaycanın beynəlxalq nəqliyyat və logistika əlaqələrinin genişlənməsində strateji əhəmiyyət daşıyır", - İlham Əliyev bildirib.

Prezident xatırladıb ki, yeni yaşayış məntəqələrinin və istehsal sahələrinin fəaliyyəti üçün enerji və su təminatı da yaradılır:

"Regionda 1 yeni su anbarı tikilmiş və 5 su anbarı bərpa edilmiş, 13 yarımstansiya və ümumi gücü 307 meqavat olan 38 su elektrik stansiyası istismara verilib. Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji zonası" kimi inkişaf etdirilməsi bu infrastrukturun qurulmasında əsas istiqamətlərdən biridir".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: