Bəhreyn XİN: Azərbaycan nəqliyyat sistemlərinin səmərəliliyinin təmin edilməsində mühüm rol oynayır

A- A A+

Azərbaycan nəqliyyat sistemlərinin təhlükəsizliyinin və səmərəliliyinin təmin edilməsi, eləcə də bu sahədə etimad tədbirlərinin təşviqi istiqamətində mühüm rol oynayır.

NUHÇIXAN  xəbər verir ki, bunu Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayani Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.

O qeyd edib ki, Bəhreyn dəniz və hava naviqasiyasının təhlükəsizliyinin təmin olunması istiqamətində dəstək göstərməyə hazırdır.

Göstərilən qonaqpərvərliyə görə Azərbaycana təşəkkürünü bildirən Bəhreyn Krallığının xarici işlər naziri tədbirin yüksək səviyyədə təşkilinə və konfransa rəhbərliyinə görə minnətdarlığını ifadə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: