Şri-lankalı nazir: AQEM Azərbaycanın sədrliyi dövründə böyüməyə, güclənməyə davam edəcək

A- A A+

Şri-Lanka əmindir ki, AQEM Azərbaycanın sədrliyi dövründə böyüməyə, güclənməyə davam edəcək və etimadın gücləndirilməsinə öz töhfəsini verəcək.

NUHÇIXAN  xəbər verir ki, bunu Şri-Lanka Demokratik Sosialist Respublikasının xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Herat Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.

Vicita Herat qeyd edib ki, qlobal təhlükəsizlik mühitində geosiyasi qeyri-müəyyənliklərin və çağırışların olduğu bir dövrdə etimadın gücləndirilməsinə və ortaq addımlar atılmasına böyük ehtiyac var. Şri-Lanka AQEM-ə Pan-Asiya, dialoq platforması olaraq baxır, burada olan konsensusəsaslı qərarlar sülhə, təhlükəsizliyə və əmin-amanlığa töhfə verir. Asiya böyüyür və iqtisadi faydalar hamının xidmətində olmalıdır. İnanırıq ki, iqtisadiyyatımızın bütün potensialı yalnız yaxşı kommunikasiya ilə mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: