Ermənistanın Baş naziri Nikol Paşinyanın İrəvanda BMT-nin baş katibi Antonio Quterreşlə görüşündə Ermənistanla Azərbaycan arasında sülh prosesi və regional nəqliyyat kommunikasiyalarının açılması əsas müzakirə mövzularından olub.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ermənistan mediası hökumət aparatının mətbuat xidmətinə istinadən məlumat yayıb.
Paşinyan İrəvanın sülh prosesini Bakı ilə sazişin imzalanması və ratifikasiyasına qədər davam etdirmək niyyətini vurğulayıb.
Quterreş Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasına böyük əhəmiyyət verib.
Tərəflər həmçinin regional proseslara, o cümlədən TRIPP layihəsinin həyata keçirilməsinə toxunublar. Hər iki tərəf yuxarıda qeyd olunan layihənin regional rabitə kanallarının açılması və əməkdaşlığın təşviq edilməsi üçün əhəmiyyətini vurğulayıblar.
