Sədərəkdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyası Sədərək rayon təkilatı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçirib.
Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti Naxçıvan məsələsində tutduğu mövqe və ərazinin qorunması gündəmdə olub. Həmin illər Naxçıvan sakinlərinin mütəşəkkil siyasi iradəsi sonrakı dövrlərdə Naxçıvanın muxtariyyət statusunu əldə etməsində mühüm rol oynayıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Sədərək rayon Təkilatı Qadınlar Şurasının sədri Vüsalə Əliyeva və partiyanın fəal üzvləri Şərqdə ilk demokratik dövlət yaratmağa nail olan Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixindən danışıblar.
Sonda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr edilən film nümayiş olunub.
Lalə Hüseynova