Hindistanlı nazir Azərbaycanla Ermənistan arasında əldə olunan irəliləyişdən məmnunluğunu ifadə edib
Azərbaycanla Ermənistan arasında ötən ilin avqust ayında əldə olunmuş irəliləyişdən çox məmnunuq. Müasir dövrdə münaqişələr qlobal iqtisadiyyata mənfi təsir göstərir.
NUHÇIXAN xəbər verir ki, bu fikirləri Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında səsləndirib.
S.Cayşankar, həmçinin Ceyhun Bayramovu nümayəndə heyəti ilə birlikdə Hindistana səfərə dəvət edib.
