Azərbaycan səfiri etimadnaməsini Belçikalıların Kralına təqdim edib - FOTOLAR

A- A A+

Azərbaycan Respublikasının Belçika Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadə etimadnaməsini Belçikalıların Kralı Filipə təqdim edib.

Səfirlikdən NUHÇIXAN-a verilən məlumata görə, etimadnamənin təqdim olunmasından sonra keçirilən görüşdə Azərbaycan-Belçika münasibətlərinin inkişaf perspektivləri, o cümlədən siyasi dialoqun gücləndirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfələr, regional bağlantıların gücləndirilməsi və nəqliyyat dəhlizlərinin inkişafında rolu, habelə regional vəziyyət də diqqət mərkəzində olub.

M.Əhmədzadə bölgədə davamlı sülhün və sabitliyin bərqərar olunması istiqamətində Azərbaycanın səyləri, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumat verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: