Tom Berendsen: Azərbaycanla əməkdaşlığı gücləndirmək istəyirik

A- A A+

Niderland üçün Azərbaycan regionda önəmli tərəfdaşdır. Biz əməkdaşlığı gücləndirmək istəyirik.

NUHÇIXAN  xəbər verir ki, bu sözləri Niderland Krallığının xarici işlər naziri Tom Berendsen azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında söyləyib.

Azərbaycan və Ermənistan arasında sülh prosesi barədə danışan Tom Berendsen bildirib ki, Niderland hər iki xalq arasında etimadın gücləndirilməsini dəstəkləyir.

“Sülhün əldə olunması regionda əlaqələrin möhkəmlənməsinə və əməkdaşlığın genişlənməsinə töhfə verəcək”, - deyə nazir əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: