Ankarada TDT ölkələrinin vətəndaşları üçün yeni sərhəd keçidi sisteminin tətbiqi müzakirə olunur

A- A A+

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin vətəndaşları üçün sürətləndirilmiş sərhəd-keçid sisteminin yaradılması təşəbbüsü rəsmi səviyyədə müzakirə olunur.

NUHÇIXAN  xəbər verir ki, bu məlumatı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Türk dünyası ilə əlaqələr üzrə sədr müavini professor Kürşad Zorlu Ankarada keçiriləcək 13-cü TDT Zirvə toplantısına həsr olunmuş media nümayəndələri ilə görüşdə açıqlayıb.

AK Partiyanın sədr müavini Avropa İttifaqı ölkələrinin sərhəddə Aİ vətəndaşlarının giriş-çıxışı üçün təyin olunmuş dəhlizlərdən istifadə etdiyi təcrübəni xatırladıb.

“Hazırda müzakirələrin çox müsbət mərhələsindəyik. Bu addım TDT ölkələri arasında səyahəti əhəmiyyətli dərəcədə asanlaşdıracaq. Ümid edirik ki, bu təşəbbüsün sürətlə həyata keçirilməsinə nail olacağıq”, - deyə Zorlu qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: