Mədəni və yaradıcı sənayelərdə biznesə dəstək – sonuncu panel sessiya - FOTOLAR
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “GEC+Baku”: Yaradıcı sənayelər” adlı beynəlxalq tədbiri “INVEST2CREATE:
mədəni və yaradıcı sənayelərdə biznesə dəstək” mövzusuna həsr olunan panel sessiya ilə başa çatıb.
Mədəniyyət Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, sessiyada ilkin mərhələdə kapital imkanlarının məhdud olduğu bazarlarda investor ekosisteminin gücləndirilməsi, müxtəlif ölkələrdən olan investorlar arasında birgə sərmayə qoyuluşunun təşviqi və yerli sahibkarların regional və beynəlxalq kapitala çıxış imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunub.
Həmçinin GEN (Global Entrepreneurship Network) şəbəkəsinin sahibkarlarla investorlar arasında əlaqələrin qurulmasında və beynəlxalq investisiya imkanlarının genişləndirilməsində rolu ilə bağlı fikir mübadiləsi aparılıb.