Baş katib: Azərbaycan “Bakı Prosesi” vasitəsilə ölkələri və mədəniyyətləri bir araya gətirir

A- A A+

Azərbaycan “Bakı Prosesi” vasitəsilə ölkələri və mədəniyyətləri bir araya gətirmək istiqamətində bu ardıcıl və səbirli fəaliyyəti davam etdirir. Görüşmək, bir-birimizi dinləmək və ortaq məxrəcə gəlmək üçün yaratdığı imkanlara görə Azərbaycan Prezidentinə səmimi təşəkkürümüzü bildiririk. Əməkdaşlıq məhz buradan başlayır.

NUHÇIXAN  xəbər verir ki, bu fikirləri VII Qlobal Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı Dünya Turizm Təşkilatının Baş katibi Şeyxa Əl Nuveys deyib.

Prezident İlham Əliyevlə görüşünə toxunan Baş katib Bakıda keçirilmiş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə ciddi fikir ayrılıqları olan ölkələrin eyni masa arxasında bir araya gətirilməsindən danışıb. Qeyd edib ki, Zirvə Görüşündə iştirakçı ölkələrin birgə bəyannamə qəbul etməsi fikir ayrılıqlarına baxmayaraq, əməkdaşlığın mümkünlüyünü göstərir.

Dünya Turizm Təşkilatının Baş katibi vurğulayıb ki, turizm xalqlar arasında qarşılıqlı anlaşmanın və etimadın möhkəmləndirilməsində mühüm rol oynayır. İnsanlar səyahət zamanı fərqli mədəniyyətlərlə tanış olur, bir-birinin həyat hekayələrini dinləyir və mövcud stereotipləri aradan qaldırmaq imkanı qazanırlar.

“Turizm müharibələrə son qoya bilməz. Lakin bizim məsuliyyətimiz yalnız müharibə başa çatdıqdan sonra başlamır. Biz icmalara dolanışıq imkanlarını qoruyub saxlamaqda və gələcək bərpa prosesinə hazırlaşmaqda kömək edə bilərik”, – deyə Şeyxa Əl Nuveys əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: