ICESCO-nun İslam irsi siyahısına daxil edilmiş iki tarixi abidə ilə bağlı sertifikatlar Azərbaycana təqdim olunub.
NUHÇIXAN xəbər verir ki, təqdimat VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəniyyət mərkəzdə: “SECURE” ilə ortaq gələcəyə etibarlı yollar” mövzusunda plenar iclasda baş tutub.
Sertifikatlar ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik tərəfindən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynova təqdim edilib.
