Ali Məclisin deputatı Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Regionlar Palatasının vitse-prezidenti seçilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, 27-29 oktyabr tarixlərində Fransanın Strasburq şəhərində keçirilən Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 51-ci sessiyasında Konqresin bir sıra rəhbər vəzifələrinə, o cümlədən Regionlar Palatasının vitse-prezidenti vəzifəsinə seçkilər keçirilib.
Avropa Mühafizəkarları və İslahatçıları Qrupunun namizədi Azərbaycan nümayəndə heyətinin üzvü, Ali Məclisin deputatı Xumar Məmmədova keçirilən səsvermə nəticəsində Konqresin Regionlar Palatasının vitse-prezidenti seçilib.
Bununla da Xumar Məmmədova Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Bürosunda təmsil olunmaq hüququ qazanıb. Bu, Azərbaycanın Avropa Şurasına 25 illik üzvlüyü tarixində ilk dəfə olaraq ölkəmizin Konqresin rəhbər orqanında – Bürosunda təmsil olunması baxımından mühüm tarixi nailiyyətdir.