Ankarada Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti müzakirə olunub

A- A A+

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankara şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının 13-cü iclası çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.

NUHÇIXAN  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında qeyd edilib.

Görüşdə Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, TDT çərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Nazirlər, həmçinin regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi aparıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: