Gürcüstanda Əli Əsədov və İrakli Kobaxidzenin təkbətək görüşü olub - FOTOLAR
Oktyabrın 30-da Gürcüstanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında təkbətək görüş keçirilib.
NUHÇIXAN xəbər verir ki, hökumət başçıları Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın müxtəlif aspektlərini, ikitərəfli gündəlikdə duran aktual məsələləri və əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müzakirə ediblər.