İrakli Kobaxidze: Azərbaycanla münasibətlərimizdə müsbət dinamika gələcəkdə də davam edəcək

A- A A+

İqtisadiyyat və energetika sahələrində, eləcə də hərbi əməkdaşlıq, nəqliyyat və logistika istiqamətlərində Azərbaycan tərəfi ilə birlikdə çox ciddi planlarımız var. Əlbəttə, əməkdaşlığımızı hər iki formatda davam etdirəcəyik.

NUHÇIXAN  xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyanın 11-ci iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün iclasda əsasən iqtisadi məsələlərə toxunulub: “Çünki komissiyanın əsas fəaliyyət istiqaməti iqtisadi əməkdaşlıqdır. Bununla yanaşı, ticarət, müxtəlif sahələrdə əməkdaşlıq, elm və mədəniyyət məsələlərini, eləcə də tərəfdaşlığımızın digər aspektlərini müzakirə etdik. Çox əhatəli müzakirələr apardıq, Azərbaycan tərəfi ilə bir neçə görüş keçirdik. Əminik ki, münasibətlərimizdə bu müsbət dinamika gələcəkdə də davam edəcək”.

“Bizim Azərbaycanla təkcə strateji tərəfdaşlığımız deyil, xalqlarımız arasında dostluq münasibətlərimiz də var. Bu dostluq mütləq şəkildə gələcəkdə daha da möhkəmlənməli və dərinləşməlidir. Münasibətlərimiz hazırda çox dinamik inkişaf edir. Ümid edirik ki, gələcəkdə bu əlaqələr daha da genişlənəcək və dərinləşəcək”, - deyə İrakli Kobaxidze bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: