Bəxtiyar Əsgərov Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Ukrayna Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli Səfiri cənab Vladislav Kanevski ilə görüşüb.
Görüşdə iki ölkə arasındakı münasibətlərin hərtərəfli inkişafında Naxçıvan Muxtar Respublikası ilə əməkdaşlığın perspektivləri, qarşılıqlı fəaliyyət dairəsinin genişləndirilməsi və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.