Müdafiə Nazirliyi: Andranik Piloyanın səsləndirdiyi fikirlər xəyal etdiyini həqiqət kimi qələmə vermək cəhdindən başqa bir şey deyil

A- A A+

Ermənistan silahlı qüvvələri 5-ci korpusunun komandanı, polkovnik Andranik Piloyanın dövlət sərhədinin Naxçıvan sahəsindəki vəziyyətə dair səsləndirdiyi fikirlərə Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən münasibət bildiriblər.

Müdafiə Nazirliyindən NUHÇIXAN-a daxil olan açıqlamada qeyd edilib: “Naxçıvan istiqamətində mövcud vəziyyət barədə erməni polkovniki Andranik Piloyanın səsləndirdiyi fikirlər xəyal etdiyini həqiqət kimi qələmə verməkdən başqa bir şey deyil. Hər dəfə Azərbaycan tərəfi genişmiqyaslı hərbi təlimlər keçirərkən erməni ictimaiyyətində yaranan təşvişi görən Ermənistanın hərbi rəhbərliyi bu cür dezinformasiya xarakterli məlumatları mətbuata sızdırır.

Düşmən döyüş meydanında məruz qaldığı uğursuzluğu KİV nümayəndələrinə absurd bəyanatlar verməklə ört-basdır etməyə çalışır və beləliklə də özlərini Azərbaycan xalqının qarşısında gülünc vəziyyətdə qoyurlar. O ki qaldı, Azərbaycan Ordusunun Naxçıvan istiqamətində keçən il qurduğu mövqeləri guya təminat səbəbindən tərk etməsi barədə söylənilən absurd fikirlərə, bu da tam yalandır.

Ermənistan tərəfindən fərqli olaraq, hazırda Azərbaycan əsgərinin yerləşdiyi yüksəkliklərdə elə bir post və döyüş mövqeyi yoxdur ki, ora hərtərəfli təmin olunmasın. Həmin mövqelər kommunikasiya xətləri və mövsümə uyğun olaraq bütün təminat növləri ilə təchiz edilib”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: