8 Noyabr – Zəfər Günü münasibətilə Belarus Milli Kitabxanasının binası üzərində xüsusi videoproyeksiya nümayiş olunub.
NUHÇIXAN xəbər verir ki, Minsk şəhərinin simvollarından biri hesab olunan kitabxananın üzərində Azərbaycan bayrağı və müstəqillik rəmzləri əks etdirilib. Belarusdakı Azərbaycan Ticarət Evinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən videoproyeksiya şəhər sakinləri və paytaxt qonaqları tərəfindən böyük maraqla qarşılanıb.
Noyabrın 7-si axşam saatlarından etibarən Minsk Milli Kitabxanası göy, qırmızı və yaşıl rənglərlə işıqlandırılıb və “Azərbaycanı bayram münasibətilə təbrik edirik!” şüarı yayımlanıb.
