Prezident Ərdoğan sosial şəbəkə hesabında Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib

A- A A+

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqını 44 günlük Vətən müharibəsində Qələbənin altıncı ildönümü münasibətilə təbrik edib.

NUHÇIXAN xəbər verir ki, Türkiyə liderinin sosial şəbəkə hesabında təbrik paylaşımı bazar günü yerləşdirilib.

“Qarabağın 30 illik işğaldan azad edilməsini təcəssüm etdirən Zəfər Gününün 6-cı ildönümü münasibətilə dost və qardaş Azərbaycanı ürəkdən təbrik edirəm. Vətən uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini ehtiramla yad edir, qazilərə minnətdarlığımı bildirirəm”, – deyə Türkiyə liderinin sosial şəbəkə hesabında etdiyi paylaşımda qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: