Bursanın məşhur Saat Qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb - FOTOLAR
Türkiyənin Bursa şəhərinin Osmangazi rayonunda, tarixi Tophane Parkında yerləşən və şəhərin ən mühüm rəmzlərindən biri hesab edilən Saat Qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
NUHÇIXAN xəbər verir ki, proyeksiya Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü ilə bağlı Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşkilatçılığı, Bursa-Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyinin (BAİDD) dəstəyi ilə təşkil edilib.
Beləliklə, qardaş ölkədə Azərbaycanın şanlı Qələbəsinə olan dəstək və həmrəylik bir daha nümayiş etdirilib.