Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində bir sıra görüşlər keçirib.
NUHÇIXAN xəbər verir ki, o bu barədə "X" sosial media hesabında yazıb.
Nazir müavini qeyd edib ki, COP31-in mümkün nəticələri ilə bağlı iqlim danışıqlarında, yüksək səviyyəli iqlim müzakirələrində çıxışlar edərək bir sıra ikitərəfli görüşlər keçirib.
Y.Rəfiyev Azərbaycan nümayəndə heyətinin beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində COP29-un irs təşəbbüslərinin təşviqinə həsr olunmuş xüsusi tədbirlər təşkil etdiyini də diqqətə çatdırıb.
