“Eternity-2026” təliminin iştirakçıları Zəfər Parkını ziyarət ediblər - FOTOLAR
“Eternity-2026” kompüter dəstəkli komanda-qərargah təliminin iştirakçıları Bakı şəhərində Vətən müharibəsində qazanılmış tarixi Qələbənin rəmzi olan Zəfər Parkını ziyarət ediblər.
Müdafiə Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, gəzinti zamanı qonaqlar Azərbaycan Ordusunun 44 günlük döyüş yolu və parkın memarlıq xüsusiyyətləri ilə yaxından tanış olublar.
Bununla yanaşı, ziyarətçilərə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.