Almaniyanın Qara dəniz sualtı elektrik kabeli layihəsindən faydalanmaq imkanları müzakirə olunub

A- A A+

Qara dəniz sualtı elektrik kabeli layihəsi Avropa İttifaqı tərəfindən dəstəklənir. Bu kontekstdə, biz Almaniyanın layihədən potensial faydalanmaq imkanlarına dair fikir mübadiləsi apardıq.

NUHÇIXAN  xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohan David Vadeful ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir vurğulayıb ki, ümumilikdə Azərbaycanın Orta Dəhlizin inkişafında rolu, Avropa ilə Mərkəzi Asiya arasında tranzit-logistik inkişaf, Ələt Azad İqtisadi Zonasının təqdim etdiyi imkanlar və bir sıra digər mövzular ətrafında da fikir mübadiləsi aparılıb.

“Ölkələrimiz arasında həm sərnişin, həm yükdaşımaları istiqamətində müntəzəm uçuşlar həyata keçirilir. Biz bu uçuşların həm intensivliyinin və həm də məntəqələrinin artırılması istiqamətində müzakirələr apardıq”, - deyə Ceyhun Bayramov bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: