Türkiyə KİV-ləri Azərbaycan Xalq Cümhuriyyətinin ildönümünü geniş işıqlandırıblar - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Türkiyənin aparıcı KİV-ləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümünü ilə bağlı məlumatlar yayıblar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxt Bakının İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət etməsi KİV-lərdə əsas xəbərlərdən biri kimi təqdim olunub. Həmçinin 28 May - Respublika Günü münasibətilə dövlət başçılarının Prezident İlham Əliyevə ünvanladıqları təbriklərdən bəhs olunub. Türkiyə KİV-ləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını ortaq milli sərvətimiz kimi dəyərləndirib.

Cümhuriyyətin 101-ci ildönümü ilə əlaqədar Türkiyədəki təhsil ocaqlarında və dərnəklərdə çoxsaylı mərasimlər təşkil olunub. Prezident Rəcəb Tayyib Ərdoğan rəsmi Tvitter səhifəsində təbriklərini belə çatdırıb: “Azərbaycan Respublikasının yaranmasının 101-ci ildönümünü ən ülvi hisslərlə təbrik edirəm. Dost və qardaş Azərbaycan xalqına, Prezident İlham Əliyev qardaşıma şəxsən öz adımdan və xalqımız adından sevgilərimi və salamlarımı göndərirəm”.

KİV-lərdə yayılan informasiyalarda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü ilə bağlı mərasimlərə də geniş yer verilib.

Xəbər agentlikləri, çoxtirajlı qəzetlər, televiziya kanalları və müxtəlif portallar Cümhuriyyətimizin tarixi və müasir Azərbaycan dövləti barədə geniş məlumatlar yayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: