Beynəlxalq səviyyədə Azərbaycanın irəli sürdüyü səkkiz təşəbbüs İtaliya tərəfindən dəstəklənib.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov italiyalı həmkarı Antonio Tayani ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, İtaliya minatəmizləmə sahəsində də ölkəmizə dəstək göstərib. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərimizdə tarixi-mədəni irsin bərpası və qorunması istiqamətində bir sıra İtaliya şirkətləri iştirak ediblər.
