Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub - FOTOLAR

A- A A+

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 24-də ölkəmizdə səfərdə olan Monteneqronun Baş naziri Miloyko Spayiç ilə görüşüb.

Nazirlər Kabinetindən NUHÇIXAN-a bildirilib ki, görüşdə Azərbaycan-Monteneqro əlaqələrinin müsbət dinamikasından məmnunluq ifadə olunub, ötən dövr ərzində qarşılıqlı faydalı əməkdaşlığın əhatə dairəsinin genişləndiyi qeyd edilib.

Tərəflər iqtisadi-ticari əməkdaşlığın potensialından daha səmərəli istifadə olunmasının vacibliyini vurğulayıblar, qarşılıqlı investisiyalar sahəsində əldə olunan müsbət nəticələri yüksək qiymətləndiriblər.

Humanitar əməkdaşlığın əhəmiyyəti qeyd edilərək, turizm, mədəniyyət və təhsil sahələrində mübadilələrin daha da genişləndirilməsinə qarşılıqlı maraq ifadə olunub.

Görüşdə Azərbaycan-Monteneqro münasibətlərinin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: