Cari il Azərbaycan və Gürcüstan arasında yüksəksəviyyəli strateji dialoq və siyasi təmaslar baxımından əlamətdar olub.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ölkələrimiz arasında siyasi gündəlik kifayət qədər genişdir və müxtəlif istiqamətləri əhatə edir. 2026-cı ildə ikitərəfli əməkdaşlığın inkişafı istiqamətində mühüm addımlar atılıb.
