Gürcüstanın Baş nazirinin müavini: Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi layihələr Avropa üçün strateji əhəmiyyət daşıyır

A- A A+

Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi layihələr Avropa üçün strateji əhəmiyyət daşıyır. Avropada təhlükəsizliyin təmin olunması uzun illər ərzində formalaşmış əməkdaşlığın nəticəsidir. Avropa üçün həyati əhəmiyyət kəsb edən bu marşrutların Cənubi Qafqazdan keçməsi xüsusi önəm daşıyır. Bu əməkdaşlıq, eyni zamanda, Azərbaycanla formalaşmış dostluq və tərəfdaşlıq münasibətlərinə əsaslanır.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Ölkələrimizin iştirakı ilə həyata keçirilən iri layihələr daha geniş coğrafiyanın enerji təchizatı baxımından da mühüm əhəmiyyət daşıyır. Bu layihələr regionun enerji xəritəsinin dəyişməsinə ciddi təsir göstərib.

Onların bir qismi uzun tarixə malikdir. Bu baxımdan vaxtilə fəal fəaliyyət göstərən Bakı-Supsa neft kəmərini qeyd etmək olar. Kəmər bu gün də mövcuddur və daşımaların həcmi artacağı təqdirdə, gələcəkdə yenidən istifadəyə verilə bilər.

Digər mühüm layihə Bakı-Tbilisi-Ceyhan neft kəməridir. Bu kəmər vasitəsilə Azərbaycan nefti dünya bazarlarına, o cümlədən Avropa ölkələrinə çatdırılır”, - deyə Maka Boçorişvili əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: