Sahibə Qafarova: Azərbaycan-Özbəkistan münasibətləri sistemində parlament ölçüsü mühüm yer tutur

A- A A+

Azərbaycan-Özbəkistan münasibətləri sistemində parlament ölçüsü mühüm yer tutur. Xivədə keçirilən görüşümüzdən ötən müddət ərzində iki ölkə arasında əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib. Ən yüksək səviyyədə fəal siyasi dialoq davam etdirilib.

NUHÇIXAN  xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 25-də Bakıda keçirilən İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, bu dövrün ən mühüm nailiyyətlərindən biri “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin imzalanmasıdır. Bu sənəd müttəfiqlik münasibətlərimizin inkişafında yeni mərhələni ifadə edir. O, çoxəsrlik dostluq ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi istiqamətində ümumi iradəmizi əks etdirir.

Parlamentin sədri qeyd edib ki, bugünkü nailiyyətlər ölkələrimizin prezidentlərinin siyasi iradəsi və şəxsi səyləri, onların səmimi dostluğu, qarşılıqlı hörməti və etimadı sayəsində mümkün olub. Xalqlarımızın ortaq tarixi kökləri, milli, mənəvi və mədəni dəyərləri humanitar əlaqələrimizə xüsusi məna verir. Bu əlaqələrin genişləndirilməsinə dövlət rəhbərləri səviyyəsində böyük diqqət yetirilir. Elm, təhsil, mədəniyyət, idman və turizm, eləcə də gənclər siyasəti sahələrində fəal təmaslar xalqlarımızın daha da yaxınlaşmasına xidmət edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: