Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam

A- A A+

Litvanın xarici işlər naziri Kestutis Budris bu gün axşam Bakıda "Sabah" futbol klubu ilə İspaniyanın "Barselona" komandası arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci tur matçını izləməyi planlaşdırır.

NUHÇIXAN  xəbər verir ki, bu barədə Budris Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla mətbuat konfransında bildirib.

"Bu axşam futbol matçı ("Sabah"-"Barselona") keçiriləcək. İnşallah, biz sizinlə, cənab nazir, matçda olacağıq və "Sabah"a azarkeşlik edəcəyik", - K.Budris bildirib.

O, Azərbaycan klubunun qələbəsinə ümid etdiyini ifadə edib.

Qeyd edək ki, "Sabah" futbol klubunun baş məşqçisi litvalı mütəxəssis Valdas Dambrauskasdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: