Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər - FOTOLAR

A- A A+

Türkiyənin İğdır şəhərində keçirilən “İpək Yolunun yenidən dirçəlişi” mövzusunda Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən NUHÇIXAN-a bildirilib ki, Azərbaycanın Qars şəhərindəki Baş konsulu Qoşqar Zeynalov, Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türk dünyası ilə əlaqələr üzrə sədr müavini, professor Kürşad Zorlu və digərləri İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar tərəfindən qarşılanıb. Qonaqlara Evin yaradılma məqsədi, fəaliyyət istiqamətləri və həyata keçirilən layihələr barədə məlumatl verilib.

Qeyd olunub ki, İğdır Azərbaycan Evi Türkiyədə yaşayan azərbaycanlıların milli-mənəvi dəyərlərinin, ana dilinin, mədəniyyətinin və tarixi irsinin qorunması, soydaşlarımız arasında həmrəyliyin möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin təbliği, eləcə də iki ölkə arasında qardaşlıq münasibətlərinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərir.

Qonaqlar Evin fəaliyyətini yüksək qiymətləndirərək həyata keçirilən təşəbbüslərin diasporun təşkilatlanması, milli kimliyin qorunması və Azərbaycan–Türkiyə ictimai-mədəni əlaqələrinin inkişafı baxımından əhəmiyyətini vurğulayıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: