Biz uzunmüddətli əməkdaşlığa ümid edirik.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Estoniyanın xarici işlər naziri Marqus Tsahkna azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Səfirliyin açılması uzunmüddətli məsələdir və düşünülmüş qərardır. Biz qərara gəldik ki, münasibətləri daha da inkişaf etdirək”, - deyə Marqus Tsahkna vurğulayıb.
