MDB-nin Baş katibi Azərbaycanın Birliyə sədrliyi barədə danışıb

A- A A+

Gələn il Azərbaycan MDB-nin həmsədri olacaq, 2028-ci ildə isə ilk dəfə Birliyə sədrlik edəcək.

NUHÇIXAN  xəbər verir ki, MDB-nin Baş katibi Sergey Lebedev bu barədə Moskvada MDB İqtisadi Şurasının iclası çərçivəsində jurnalistlərlə söhbətində bildirib.

O, Bakı ilə İrəvan arasındakı fikir ayrılıqlarının əvvəllər buna mane olduğunu izah edərək bildirib ki, “Azərbaycan və Ermənistan heç vaxt sədrliyə iddia etməyib”. O, əlavə edib ki, Azərbaycandan sonra Ermənistanın Baş naziri Nikol Paşinyan da ölkəsinin 2029-cu ildə sədrliyi öz üzərinə götürməyə hazır olduğunu bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: