Azərbaycan Ordusunun artilleriyaçıları “Msta-S” özüyeriyən haubitsalardan döyüş atışları keçiriblər - FOTOLAR

A- A A+

Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının cəbhəboyu zonada yerləşən bölmələrindən biri “Msta-S” özüyeriyən haubitsalardan döyüş atışları keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, atışlar zamanı müxtəlif məsafələrdə quraşdırılmış şərti düşmənin döyüş texnikası və mühəndis fortifikasiyasını təqlid edən tamölçülü hədəflər məhv edilib.

Ekipajlar, həmçinin mövqelərin dəyişilməsi və şərti döyüş zamanı hədəflərin koordinatlarının alınmasını məşq ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: