Paşinyanın özünü təmizə çıxarma cəhdi baş tutmadı

A- A A+

Bu günlərdə bəzi KİV-lərdə dərc edilən məlumata görə, Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstana səfərini yarımçıq kəsməyi qərara alıb.

NUHÇIXAN xəbər verir ki, Paşinyan oraya Avrasiya Ali İqtisadi Şurasının (AAİŞ) iclası çərçivəsində keçirilən tədbirlərə gedib. Bildirilir ki, RF Prezidenti Vladimir Putin Ermənistanın baş nazirini qəbul etməkdən vaz keçib və Paşinyan Avrasiya Ali İqtisadi Şurasının beşinci ildönümü münasibətilə təltif edilməyən yeganə yüksəkvəzifəli qonaq kimi inciyərək bu qərara gəlib.

Ermənistan hökumətinin dəfələrlə biabır olmuş rəhbəri təbii ki, özünü təmizə çıxarmağa çalışıb. Jurnalistlərlə görüşündə “Putinlə görüş nəzərdə tutulmamışdı”, - deyən Paşinyan daha sonra əlavə edib ki, əgər onu AAİŞ-in beşinci ildönümü münasibətilə təltif etsəydilər, öz tərəfindən bunu ən azı qəribə addım hesab edərdi, axı o, “bir ildən bir qədər artıqdır ki, Ermənistanın baş naziri vəzifəsini tutur”.

Təltiflə əlaqədar qeyd etmək lazımdır ki, özünə bu cür haqq qazandırmaq cəhdi baş tutmadı. Əvvələn, Paşinyan kimi Qırğızıstan Prezidenti də AAİŞ-i yaradanlardan biri olmayıb, amma onu təltif ediblər. Üstəlik, erməni şərhçilərin özlərinin qeyd etdiyi kimi, adətən bu cür təltiflərə şəxsən rəhbərləri deyil, onların təmsil etdiyi dövlətləri layiq görürlər. Paşinyanın məntiqinə görə, məsələn, NATO-nun və ya Aİ-nin 100 illiyi münasibətilə mükafatları bəlkə də heç kimə vermək mümkün olmayacaq, çünki o vaxta qədər bu təşkilatlara üzv dövlətlərin rəhbərləri yəqin ki, 1949-cu və ya 1993-cü ildən həmin vəzifələri tutan liderlər olmayacaq.

Buna görə təltif məsələsində Paşinyan bir qədər çaşıb. Onun təltif edilməməsinin səbəbi heç də özünün dediyi deyil, sadəcə budur ki, orada onu özlərinə tay hesab etmirlər.

Putinlə görüşün ümumiyyətlə nəzərdə tutulmaması məsələsinə gəldikdə isə sual olunur: əgər belə görüş nəzərdə tutulmamışdısa, onda nəyə görə Paşinyan özü Qazaxıstan səfərindən əvvəl bu görüş barədə anons verirdi? Axı erməni KİV-ləri yazırlar ki, Paşinyan özü ikitərəfli görüş nəzərdə tutulduğunu bildirib. Belə çıxır ki, baş nazir yalan deyir! Görüş planlaşdırılmışdı, lakin adı çəkilməyən hansı səbəblərdənsə Rusiya tərəfi Paşinyana audiensiyadan imtina edib və Ermənistanın baş nazirinin mətbuat katibi Vladimir Karapetyanın interpretasiyasında bu görüş “nəzərdə tutulmamış” kimi elan olunub.

Paşinyan vətənə qayıdandan sonra çarəsi bircə ona qalıb ki, qalmaqallı futbolçu Henrix Mxitaryana zəng vurub ona “heyran olduğunu” bildirsin və xatırlatsın ki, “irqçilik” səbəbindən Mxitaryan Bakıya gəlməsin. Yəni unutmasın ki, birdən jurnalistlər səbəbini soruşanda onlara necə cavab verməlidir.

Amma bir şey aydın deyil: baş nazir nəyə “heyran imiş” – Mxitaryanın bütün bu biabırçı və uğursuz tamaşada heç də həsəd aparılmamalı rolunu necə ifa etməsindən, yoxsa çətin anda öz komandasını ataraq idmançıdan daha çox ermənilərin təbliğat-təşviqat aktyoruna çevrilməsindən?

Heyif ki, həmin günlərdə Bakıya gəlmiş və burada idmançı kimi ləyaqətlə çıxış etmiş erməni gimnastlar Qarsevan və Duxik Canazyanlar baş nazirdən belə zəng şərəfinə layiq görülməyiblər. Paşinyanın uydurduğu “irqçilik” nədənsə bu gimnastların çıxışına mane olmayıb. Bu, onların başının ucalığıdır.

Mxitaryan və Paşinyan isə son iki gündə planetin müxtəlif guşələrində məruz qaldıqları biabırçılığı öz aralarında bölsünlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: