İyunun 5-də Rusiya Federasiyasının Anapa şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov iclasda iştirak etmək üçün iyunun 4-də Anapa şəhərinə yola düşəcək.
İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunacaq.