“Sarsılmaz qardaşlıq-2019” təlimində mədəni-kütləvi tədbirlər keçirilib - FOTOLAR

A- A A+

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, “Sarsılmaz qardaşlıq-2019” təlimində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının asudə vaxtlarının səmərəli təşkili üçün mədəni-kütləvi tədbirlər keçirilib.

Qonaqlar üçün təşkil olunan bayram süfrəsindəTürkiyəli hərbçilər Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində hərbçilərimizlə birlikdə nahar ediblər. TədbirdəTürkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz da iştirak edib.

Mədəni tədbirlərin davamı kimi hər iki ölkənin hərbi qulluqçuları arasında “Qardaşlıq qazansın” devizi altında mini futbol yarışı keçirilib. Hər iki komanda yüksək fiziki hazırlıq və futbol ustalığı nümayiş etdirib. Oyun bərabər hesabla bitsə də dostluq, qardaşlıq xatirəsikuboku  Türkiyəli hərbçilərə təqdim edilib.

 

Nəriman Nəcəfov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: