Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Cənubi Osetiyada keçirilmiş qondarma “seçkilər”lə bağlı bəyanat yayıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a daxil olan bəyanatda deyilir: “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edir və beynəlxalq hüququn kobud pozulması olan Cənubi Osetiyada keçirilmiş qondarma “seçkiləri” tanımır”.