İyunun 10-da Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan şəhərinə gəlib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında keçiriləcək “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimini izləyəcək.