Türkiyənin Milli Müdafiə nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvanda səfərdədir - YENİLƏNİB - VİDEO - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar iyunun 10-da  rəhbərlik etdiyi nümayəndə heyəti ilə “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimini izləmək məqsədilə Naxçıvan Muxtar Respublikasına rəsmi səfərə gəlib.

Naxçıvan Beynəlxalq Hava Limanında Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarı Naxçıvan Muxtar Respublikasının baş naziri Əlövsət Baxşıyev və digər rəsmi şəxslər qarşılıyıb.

Rəsmi qarşılanma mərasimindən sonra qonaq ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsinin önünə çələng qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib. Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara muzey barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, muzeydəki eksponatlar görkəmli dövlət xadiminin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, Ulu Öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir. Muzeydə zəngin fond materialları, orijinal sənədlər və eksponatlarla dahi rəhbərin mənalı həyatı, xalqımızın rifahı, xoş gələcəyi naminə siyasi fəaliyyətinin ayrı-ayrı dövrləri, mərhələləri işıqlandırılıb.

Qonaq muzeydə Heydər Əliyevə həsr olunan kiablara və Türkiyə Respublikası ilə 90-cı illərdə bağlanılan müqavilələrə maraqla baxıb. Muzeyin xatirə kitabına ürək sözlərini yazan qonağa hədiyyə təqdim edilib.

Qonaq daha sonra Türkiyə Cumhiriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Naxçıvan şəhərindəki büstünü də ziyarət edib.

Hulusi Akar Naxçıvan şəhərindəki Şəhidlər xiyabanını, Türk şəhidləri abidəsini və Ana fəryadı xatirə heykəlini də ziyarət edib. Qonaq burda da xatirə kitabına ürək sözlərini yazıb.

Daha sonra qonaq Ələhiddə Ümumqoşun Ordunun Mərkəzi qərargahında olub.

Rəsmi qarşılanma mərasimindən sonra qonaq xatirə kitabına ürək sözlərini yazı, qərargahın muzeyi ilə tanış olub. Tanışlıq zamanı Hulusi Akara xatirə hədiyyələri də təqdim olunub.

Qonaq daha sonra  Əlahiddə Ümumqoşun Ordunun  Təlim-Tədris Mərkəzi ilə tanış olub. N saylı hərbi hissənin yeməkxanasına baxıb.

Heydər Əliyev adına Hərbi Liseyi ziyarət edən Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar burda da yaradılna müasir şəraitlə tanış olaraq liseyin muzeyində xatirə kitabına ürək sözlərini yazıb.                                               

Sonra Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar ilə Naxçıvanda görüşüb. Keçirilən görüşdə Müdafiə naziri qonaqları salamlayaraq Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini və ölkələrimizin maraqlarına cavab verdiyini vurğulayıb.

General-polkovnik Z.Həsənov xüsusi qeyd edib ki, Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində Türkiyə ilə əməkdaşlığı genişləndirir və bu, regiondakı sabitliyi təmin edən əsas amillərdəndir.

Türkiyəli nazir də öz növbəsində ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin, o cümlədən səmərəli əməkdaşlıq səviyyəsindən məmnunluğunu ifadə edib. Qonaq hər iki ölkənin müxtəlif qoşun növlərinin iştirakı ilə keçirilən birgə hərbi təlimlərin, hərbi mütəxəssislərinin qarşılıqlı səfərlərinin, görüşlərinin əhəmiyyətindən danışıb.
Tərəflər Naxçıvanda keçirilən “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimində əldə olunan nəticələri yüksək qiymətləndirərək bu cür təlimlərin vacibliyini vurğulayıblar.

Görüşdə regional və qarşılıqlı əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: