Bəxtiyar Əsgərov Çinin Azərbaycandakı səfiri ilə görüşüb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Çin Xalq Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli Səfiri Vey Çinhua ilə görüşüb. Səfir Vey Çinhuanın səlahiyyət müddətinin başa çatması ilə əlaqədar keçirilən görüşdə iki ölkə arasında, xüsusilə, son illərdə yüksələn xətlə inkişaf edən Çin Xalq Respublikası və Naxçıvan Muxtar Respublikasının bir çox sahələrdə əməkdaşlıq məsələləri, gələcək perspektivlər müzakirə edilib.
Səfir Vey Çinhua fəaliyyəti dövründə Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına verdiyi töhfələrə və real nəticələrin əldə olunmasına görə Prezident İlham Əliyevə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova minnətdarlığını ifadə edib.