Müdafiə Nazirliyi: Ermənistanın işğal edilmiş ərazilərimizdə keçirdiyi təlimlər tam nəzarətimiz altındadır - VİDEO

A- A A+

Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan silahlı qüvvələrinin iyunun 17-də başladığı “genişmiqyaslı” hərbi təlimlər Ordumuzun ön xətt bölmələri tərəfindən xüsusi müşahidə vasitələri və cihazları ilə ciddi izlənilir və tam nəzarətdə saxlanılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin NUHÇIXAN-a daxil olan məlumatında bildirilib: “Dəfələrlə olduğu kimi, qarşı tərəf bu dəfə də cüzi sayda şəxsi heyət və texnikanı cəlb etməklə keçirdiyi məşğələni “genişmiqyaslı” təlim kimi təqdim etməyə çalışır. Düşmən tərəfinin təlimlərə guya 10 min şəxsi heyət və çoxlu sayda döyüş texnikası cəlb etməsi barədə yaydığı məlumatın tam əksinə, təqdim edilən videodan da görünür ki, ermənilər həmişə olduğu kimi yenə də özünəməxsus saxtakarlıq etməklə öz ictimaiyyətini aldadırlar”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: